Ermənistanın eks-müdafiə naziri axtarışa verildi

DÜNYA 16.02.2023 1276

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib. 

Saat24.az  xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Vigen Sarkisyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İrəvanın ümumi yurisdiksiya məhkəməsi bir müddət əvvəl Ermənistan eks-müdafiə naziri Vigen Sarkisyanın həbs olunması ilə bağlı vəsatəti təmin edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, 2018-ci ilin yanvar ayında müdafiə idarəsinin balansında olan binada mənzillərin bölüşdürülməsi prosesində o, bilərəkdən açıq-aşkar səlahiyyətindən kənar hərəkətlər edib.

Prokurorluq prosesi aparan orqana Sarkisyanın axtarışa verilməsi ilə bağlı tədbirlər görməyi tapşırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top