Tayvan prezidenti maaşını Türkiyəyə bağışlayacaq

DÜNYA 09.02.2023 2281

Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai aylıq maaşlarını Türkiyəyə bağışlayacaqlarını bildiriblər.

"Saat24.az" BBC-yə istinadən xəbər verir ki, bu, zəlzələdən zərərçəkənlərə maddi yardım olaraq veriləcək.  

"Tayvan Türkiyəyə ölkənin yenidən qurulmasına kömək etmək üçün üzərinə düşəni etməyə hazırdır", -  deyə bəyanatda deyilir.  

Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım  və axtarış-xilasetmə işləri üçün iki qrup göndərib. Tayvan komandasının rəhbəri Huanq Po Çun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.

Çun Türkiyəyə göstərdikləri köməyə görə təşəkkür edərək, “İndi gəldik. 1999-cu ilin təşəkkürü olaraq buradayıq. Axtarış-xilasetmə işlərini türk qrupları sayəsində öyrəndik”., - deyə vurğulayıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top