Belçikada nüvə reaktorunun fəaliyyəti dayandırılır

DÜNYA 31.01.2023 3054

Belçikada 40 ildir fəaliyyət göstərən "Tihange 2"  nüvə reaktoru bu gün həmişəlik bağlanacaq.

"Saat24.az" xəbər verir ki, Avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki "Tihange 2" nüvə reaktorunun fəaliyyəti bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.

Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulması dayandırılacaq.

Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan "Tihange" Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan "Tihange" 2 reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi. 

Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın "Doel" AES-də 4, Almaniya və Lüksemburq sərhədinə yaxın "Tihange" AES-də 3 reaktor işləyir. 

Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyir. 

Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top