
Həkimlərin və tibb işçilərinin kütləvi miqrasiyası İranda yeni böhran və ağır vəziyyət yaradıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İranda səhiyyə sahəsinin minlərlə əməkdaşının, o cümlədən 5 min həkimin son 2-3 ildə ölkədən mühacirət etməsi ciddi çatışmazlığa səbəb olub.
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin İnsan Resursları Baş İdarəsinin rəisi Seyfullah Muradi deyib:
“Səhiyyə Nazirliyinin ən azı 100 min işçiyə ehtiyacı var”.