
Bakının Binəqədi qəsəbəsində piyadavurma hadisəsi qeydə alınıb.
Saat24.Az xəbər verir ki, 2004-cü il təvəllüdlü Ağayeva Rəşidə Bəxtiyar qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobil vurub.
Ağır xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.