Hindistan polisi 50 katolik keşişə qarşı 168 cinayət işi açıb

DÜNYA 18.12.2022 1164

Hindistanın cənubundakı Kerala bölgəsində Trivandrum Latın Yeparxiyasının yepiskopları və keşişlərinin liman tikintisinə qarşı olan balıqçıları dəstəklədiklərinə görə üzləşdikləri cinayət ittihamlarından xilas ola biləcəklərinə dair ümidlər puç olub.

Noyabrın son həftəsində Trivandrumda Ərəb dənizi sahilində Adani Vizhincam Beynəlxalq Dəniz Limanının tikintisinə qarşı etirazdan sonra polis arxiyepiskop Tomas C.Netto və köməkçi yepiskop Kristudas Racappan da daxil olmaqla 50-yə yaxın katolik din xadiminə qarşı 168 cinayət işi qeydə alıb.

Xatırladaq ki, noyabrın 26-da balıqçıların aksiyası keçirildiyi zaman zorakılıq halları baş verib. O zaman bir neçə liman tərəfdarı müxalif qrupa daş atıb. Polis dörd nəfəri həbs edib və nəticədə 90 etirazçı və 36 polis əməkdaşının yaralandığı iğtişaşın daha da genişlənməsinə səbəb olub.

Kerala hökumətinin din qadamlarına qarşı adam öldürməyə cəhd, sui-qəsd, təhrik, qeyri-qanuni toplaşma və dövlət əmlakının dağıdılması ittihamları ilə bağlı cinayət işlərini bağlamayacaqları bildirib.

Polis həmçinin uşaqlar da daxil olmaqla daha 3 min nəfərə qarşı iş qaldırıb.

Qeyd edək ki, insanların əsas şikayəti 2015-ci ildə başlanan liman tikintisi ucbatından sahil eroziyası nəticəsində 500-ə yaxın balıqçı ailəsinin evlərinin dağılması ilə əlaqədardır.

Balıqçılar layihənin ətraf mühitə və insana təsirlərinin öyrənilməsi, habelə onların köçürülməsini və ya evlərinin tam bərpasını təmin etmək üçün hökumətdən limanın tikintisini üç ay müddətinə dayandırmağı tələb edirlər.

Mənbə: rossaprimavera.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top