Slovakiya parlamenti hökumətə etimadsızlıq göstərdi

DÜNYA 16.12.2022 1387

Dekabrın 15-də Slovakiya Milli Şurası parlamentə etimadsızlıq göstərib.

Zalda iştirak edən 102 deputatdan 78-i səsvermənin keçirilməsi barədə qərarın lehinə səs verib. Daha 20 nəfər belə qərarın əleyhinə çıxıb.

Qeyd edək ki, Slovakiyanın ali qanunverici orqanında yerlərin ümumi sayı 150-dir.

Xatırladaq ki, hazırda Slovakiyanın Nazirlər Kabinetinə baş nazir Eduard Heqer rəhbərlik edir. Onun hökuməti, konstitusiyaya görə, respublika prezidenti tərəfindən yeni hökumət təyin olunana qədər, lakin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdud şəkildə fəaliyyət göstərəcək.

Mətbuatın yazdığına görə, slovak siyasətçiləri növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı razılığın əldə olunması imkanlarını müzakirə edirlər. Onların keçirilməsi üçün mümkün tarix kimi 2023-cü ilin sentyabrı qeyd edilir.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top