İspaniyada istidən ölənlərin sayı iki mini ötüb

DÜNYA 31.07.2022 1438

İyul ayında İspaniyada qeydə alınan rekord istilər 2064 nəfərin ölümünə səbəb olub.

Bu barədə III Karlos Səhiyyə İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölənlərin 1321 nəfəri 85 yaşdan yuxarı, 470 nəfəri 75-84 yaş aralığındadır.

Eyni zamanda, 176 nəfər 65-74 yaş, daha 83 nəfər isə 45-64 yaş aralığında olub.

Bundan əlavə, 14 yaşa qədər 10 uşaq dünyasını dəyişib.

Qeyd olunub ki, ötən illə müqayisədə ölüm halları 4 dəfə çoxalıb.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top