İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi

Sadə xəbər
idman 09.03.2025 2852

İspaniya La Liqasının 27-ci turunda "Real Madrid" həmyerliləri "Rayo Valyekano"nu qəbul edib.

Saat24.Az xəbər verir ki, "Real" 2:1 hesabı ilə qalib gəlib.

Matçda hesabı 30-cu dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe açıb. 34-cü dəqiqədə Vinisius Junior meydan sahiblərinin ikinci qolunu vurub. 45+2-ci dəqiqədə Pedro Dias bir qola imza atıb.

Keçirilən 27 matçdan sonra "Real" 57 xalla "Barselona" ilə birgə liderlik edir. "Rayo Valyekano" isə eyni sayda oyundan sonra 36 xalla yeddinci yerdədir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top