Misli Premyer Liqası: "Şamaxı" "Səbail"i məğlub etdi

Sadə xəbər
idman 03.03.2025 3091

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış oyununda "Səbail" doğma meydanda "Şamaxı"nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 41-ci dəqiqədə Vasiliye Bakiç və 63-cü dəqiqədə Andrey Tirkoveanu vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. "Səbail" isə 18 xalla sonuncu - 10-cu sırada qalıb.

Bu gün Misli Premyer Liqasının XXV turunun qar səbəbindən təxirə salınmış oyunlarına iki görüşlə start veriləcək.

Saat24.Az xəbər verir ki, "Səbail" "Şamaxı"nı saat 17:00-da, "Sumqayıt" isə "Qarabağ"ı saat 19:30-da qonaq edəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Zirə"ni, "Sabah" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Neftçi"ni qəbul edəcək.

3 mart

Misli Premyer Liqası

XXV tur

Saat 17:00, "Səbail" - "Şamaxı";

Saat 19:30, "Sumqayıt" - "Qarabağ".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top