Sadə xəbər
"Qarabağ" futbol klubu hücumdakı boşluğu doldurmaq üçün çalışmalara başlayıb. "Köhlən atlar" Rumıniyada çıxış edən Yanis Stoykanı transfer etməyi planlaşdırırlar.
Oxu.Az xəbər verir ki, "Hermannstadt" klubunun formasını geyinən 22 yaşlı vinger uğrunda iki klubun mübarizə apardığı bildirilir.
Bunlardan biri "Qarabağ", digəri isə "Dinamo Kiyev"dir. Rumıniyanın gənclər millisinin üzvü hücumun hər iki cinahı ilə yanaşı, mərkəzində də oynamağı bacarır. Rumıniya klubu həm "Qarabağ", həm də "Dinamo Kiyev"dən təklif alsa da, danışıqlar ilkin mərhələdədir.
Qeyd edək ki, Yanis Stoykanın "Hermannstadt"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.