Sadə xəbər
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
"Saat24.az" xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.
Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" pilotu Şarl Lekler birinci olub.
Bu gün üçüncü sərbəst yürüşdə "Mercedes"dən Corc Rassell ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.