“Araz-Naxçıvan” klubu daha 7 futbolçu ilə yollarını ayırdı

idman 11.06.2024 2106

“Araz-Naxçıvan” komandası daha 7 futbolçu ilə yollarını ayırıb.

"Saat24.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Abdulla Rzayev və İlqar Alekperovun icarə müqaviləsi başa çatdığı üçün hər iki oyunçu “Sabah”ın düşərgəsinə qayıdıb.

Turan Manafov, Zamiq Əliyev, Tural Bayramlı, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi bunadək Semir Bukviç, Numan Kurdiç, Aksel Nqando, İsmail Azzaui, Mohammed Kadiri və Elvis Maşike ilə vidalaşıb.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top