ABŞ Tayvanı ən son silahlarla təmin edəcəyini bildirib

CƏMİYYƏT 27.05.2024 2891

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal Tayvan Baş Qərargah rəisi Lai Qingde ilə Taypeydə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında Vaşinqtonun Tayvanı ən son silahlarla təmin edəcəyini bildirib.

"Saat24.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Makkalın sözlərinə görə, ona bu barədə çoxlu suallar gəlir və o, hesab edir ki, “bu, quru müharibəsi yox, əsasən dəniz döyüşü olmalıdır". 

"Tayvan, Ukraynadan fərqli olaraq, köhnələrini deyil, yeni silah sistemlərimiz  alacaq. Bu, Tayvana tədarük ediləcək yeni bir ehtiyat olacaq. Yeri gəlmişkən, bunlar bizim ən son texnologiyalarımız olacaq”, - ABŞ nümayəndəsi bildirib.

XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top