Mingəçevirdə məktəbli BIÇAQLANDI

Sadə xəbər
GÜNDƏM 09.03.2025 3061

Mingəçevirdə yeniyetmə bıçaqlanıb.

Saat24.Az xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivi ərazisində qeydə alınıb.

Qeyd olunur ki, mübahisə və münaqişə zəminində 2009-cu il təvəllüdlü şəhər sakini Pünar Asif oğlu Nəsrullayev bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralı yeniyetmənin durumu çevik tibbi müdaxilə nəticəsində stabilləşib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 4 saylı Mingəçevir Şəhər Orta Məktəbinin 10-cu sinif şagirdi Pünar Nəsrullayevi bıçaqlamaqda şübhəli bilinən 22 yaşlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxs 2003-cü il təvəllüdlü Nihat Həsənzadədir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top