Bəzi şəxslər yalnız bir dəfə mənzil uçotuna alınacaqlar - TƏSDİQLƏNDİ

Sadə xəbər
GÜNDƏM 10.03.2025 2874

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.

Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top