"Maxar" Ukraynaya peyk şəkillərindən istifadə imkanını qaytardı

Sadə xəbər
GÜNDƏM 12.03.2025 2856

ABŞ-nin "Maxar Technologies" aerokosmik şirkəti Ukraynaya öz peyk şəkillərinə çıxış imkanını qaytarıb.

Saat24.Az-ın məlumatına görə, bu barədə "Militarnıy" portalı servis istifadəçilərinə istinadən məlumat yayıb.

Ukrayna hesablarından "Maxar" şəkillərinə çıxış imkanı martın 7-də ABŞ-nin Kiyevə hərbi yardımının dayandırılmasından sonra kəsilmişdi.

Şirkət Yer səthinin müxtəlif hissələrinin kəşfiyyat məqsədləri üçün istifadə olunan yüksəkkeyfiyyətli fotoşəkillərini təqdim edir. "Maxar" Ukrayna Silahlı Qüvvələri üçün belə şəkillərin əsas təchizatçısı idi.

Martın 11-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticəsi olaraq Vaşinqton Kiyevə hərbi yardımın bərpa olunduğunu bəyan edib. Ukrayna isə 30 günlük atəşkəsə razı olduğunu bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top