
"Bitcoin"in qiyməti artmağa başlayıb və 90 min dollardan yuxarı qalxıb.
Saat24.Az xəbər verir ki, bunu "Binance" platformasının məlumatları sübut edir.
Sutka ərzində 87 min dollardan start götürən rəqəmsal pul vahidinin dəyəri ticarət sessiyası ərzində 91.4 min dollardan yuxarı qalxıb.
Qeyd edək ki, "bitcoin" ikinci gündür ki, yüksək artım tempi nümayiş etdirir. Kriptovalyuta həftəyə 85-min dollar dəyərlə başlayıb.