
“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.













Zərdab rayon polis şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin, Zərdab rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun rəhbərləri,məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının fəaliyyətindən danışıb. Başçı, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsinin, insanların sağlamlığının qorunmasının, rifah halının yaxşılaşdırılmasının və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin önəmini qeyd edib. Narkomanlığa, narkotik vasitələrinlərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının Zərdab rayonunda da uğurla həyata keçirildiyini bildirib.
Zərdab rayon Polis Şöbəsinin rəisi, polis polkovniki leytenant Ramil Salayev öz çıxışında hazırda Zərdab rayonunda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrində yeniyetmələrlə ardıcıl maarifləndirmə və profilaktik işlərin aparıldığını vurğulayıb.
Tədbirdə çıxış edən Zərdab rayon Prokuroru Zaur Əliyev və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıblar.Eyni zamanda ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən də söz açıblar. Hafiz Təmirov şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar verid. Şagirdlərə polis qəzeti paylanılıb.
Maarifləndirici tədbirdə narkomaniya və onun fəsadlarından, insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub.
Sonda şağirdlərin sualları cavablandırılıb, onları narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Saat24.Az Coşqun Abdullayev
Saat24.Az Coşqun Abdullayev













