Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün Kürdəmir rayonunun Mollakənd kəndində ərazi vahidi üzrə Mollakənd, Türkədi, Ərəbxana, Çərtəyəz kəndlərinin seçicilərini qəbul edib. Qəbuldan öncə, Qarabağ müharibəsi şəhidlərinin xatirə kompleksi ziyarət edilib, abidənin önünə gül dəstəsi düzülüb, ruhlarına dualar oxunub, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qəbul iştirakçıları qarşısında çıxış edən millət vəkili, ölkəmizdə bütün sahələrdə gedən böyük inkişaf haqqında danışıb, 44 günlük müharibə və əldə etdiyimiz Şanlı Zəfərdən sonra, 30 ildən artıq işğal altında qalan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızın yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən nəhəng fəaliyyətlərdən bəhs edib, Azərbaycanın gündən günə artan beynəlxalq nüfuzu sayəsində bölgənin əhəmiyyətli bir ölkəsinə çevrildiyini vurğulayıb.
Millətvəkili bütün ölkəmizdə olduğu kimi, Kürdəmir rayonunda da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri və infrastruktur layihələri, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar haqqında da danışıb.
Sonra qəbul iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Seçicilər, onları narahat edən məsələlərin və həllivacib problemlərin həllində köməklik göstərməsini millət vəkilindən xahiş ediblər.
Müraciətlər əsasən kənd yolunun təmiri, elektrik dirəyinin çəkilməsi, kənddə mövcud olan iki orta məktəbin və tibb məntəqəsinin qazlaşdırılması, tibb məntəqəsinin həkimlə təmin edilməsi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması məsələləri ilə bağlı olub.
Millət vəkili, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar yerli və mərkəzi icra qurumlarına müracət edəcəyini bildirib.
Qəbul iştirakçıları, səmimi qəbula və onları diqqətlə dinlədiyinə görə Jalə Əliyevaya təşəkkürlərini bildiriblər.
Qəbulda həmçinin daha əvvəlki aylarda rayonun Söyüdlər kəndində qəbul zamanı qaldırılan məsələlərdən bir qisminin öz həllini tapması həmin kənddən qəbula gələn sakinlər tərəfindən millət vəkilinin diqqətinə çatdırılıb, göstərdiyi köməkliyə görə minnətdarlıq ifadə edilib.