
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək əvvəlcə xanımları 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və ən xoş arzularımı bildirib. Qeyd etdi ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı. Qadınların hərtərəfli fəaliyyətinə geniş meydan verən Ulu Öndər sözün əsil mənasında lider qadınlar yetişdirmişdir. Ümummilli Liderin diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması işinə dəyərli töhfələr vermişdir.
Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qadın siyasəti xanımlarımızın qarşısında hüdudsuz imkanlar açır. Hazırda Azərbaycan qadınının aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyimizdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.
Daha sonra Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, partiya veteranı İranə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin qadınlara göstərdiyi diqqət və qayğısındandan söz acid.
Sonda YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə partiya fəallarına Abbasova Aynurə Arif qızı – Mingəçevir Turizm Kollecinin direktor müavini, Məmmədova Vəfa Saleh qızı – Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, kadrlar şöbəsinin müdiri, Namazova Səidə Məhəmməd qızı – Mingəçevir Gigiyena Epidemiologiya Məkəzinin mühasibi, Ağalarova Arzu İslam qızı - AzİES, kadrlar şöbəsinin müavini Fəxri Fərman, İsgəndərova Zülfiyyə İsrəfil qızı – Mingəçevir şəhər Xüsusi təhlükəli infeksiyalara nəzarət mərkəzi PHŞ-in baş mühasibi, Usubova Afaq Fazil qızı – Mingəçevir şəhər Təhsil şöbəsinin mühasibi, Hidayətova Esmira Əsabəli qızı – Respublikanın bölgə üzrə müxbiri, Süleymanova Lətafət Süleyman qızı – Mingəçevir Bələdiyyəsinin mühasibi hədiyyə və Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə partiya biletləri təqdim olunaraq təbrik edildilər .
Sonda xatirə şəkili çəkildi.
Saat24.Az Esmira Hidayətova,Mingəçevir.









