Mingəçevir Dövlət Rəsm Qalereyasında Yaradıcılıq sərgisi təşkil olundu-Foto

Sadə xəbər
CƏMİYYƏT 11.03.2025 3857
 
Mingəçevir Dövlət Rəsm Qalereyasında təqaüddə olan və Azərbaycan xalq sənətinin yaradanlardan biri, 79 yaşlı qocaman müəllimin yaradıcılıq sərgisi nümayiş olunub.Minayə Məmmədova 50 il pedoqoji sahədə çalışmış və təqaüdə çıxdıqdan sonra yaradıcılıq işləri ilə məşğul olub. Bu gün Minayə müəllimənin 300-ə yaxın əl işlərindən ibarət sərgisi təşkil edilib. Sərgini giriş sözü ilə açan Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyükkişi Adilbəyli təqaüdçü xanımın sənət əsərləri ilə bağlı geniş məlumat vermişdir. Sərgilənən sənət töhvələrindən danışan Böyükkişi Adilbəyli bildirib ki, bu qəbildən olan yaradıcı insanların yaradıcılığının davam etdirilməsi məqsədəuyğundur:” Çünki belə sənət növləri itmir.Hesab edirəm ki, Azərbaycan ailələrinin çoxunda ulu nənələrdən yadigar qalan zərif tikmələrə,müxtəlif əl işlərinə rast gəlmək mümkündür. Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.Bu gündə Minayə müəllimənin belə gözəl əl işlərinə baxdıqca fərəh hissi keçirirk ki,bu incilər nəsillərdən nəsillərə ötürülüb. Xanımın əl işləri olduqca zəngin və rəngarəngdir. Sərgi aprel ayına qədər davam edəcək”.
  Geniş foyedə təşkil olunan sərgi iştirakçıların diqqətini cəlb etdi. Xüsusilə tikmə-qurama,bayraq və rəsm əsərləri diqqəti cəlb edirdi. Yaradıcılıq sərgisində şəhərin ziyalıları iştirak ediblər. Qocaman müəllimə işlərində uğurlar arzulayıblar. 
Onu da qeyd edək ki,Minayə müəllimənin yaradıcılığı bununla bitmir. O,təhsildə işlədiyi dövrlərdə də bir çox uğurlara imza atıb.Baş müəllim, qabaqcıl maarif xadimi döş nişanı, 25-30-dan artıq fəxri fərmanlar,setifikatlarla təltif olunub. Azərbaycan Müəllimlər Qurultayında ulu öndər Heydər Əliyevlə birgə iştirak edib və ulu öndərlə görüşüb.
Minayə müəllimlə söhbət əsnasında onu da bildirdi ki,bu yaşında olsada bu işlər onu yormur,əksinə daha da gördüyü işlərdən zövq aldığını bildirdi. 
Esmira Hidayətova,Mingəçevir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top