ATİAHİ Mingəçevir komitəsinin təşkilatçılığı ilə 8 mart "Beynəlxalq qadınlar günü" nə həsr olunmuş tədbir keçirildi-Foto

Sadə xəbər
CƏMİYYƏT 07.03.2025 3393
 
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndi.Ümummilli lider və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirdə qabaqcıl fəal qadın təhsil işçiləri iştirak etdilər. Tədbiri ATİAHİ Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmuradova giriş sözü ilə açaraq bildirdi ki, 8 mart Beynəlxalq Qadınlar Günü- qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.
 
Tədbir iştirakçıları ATİAHİ Respublika komitəsinin sədri Araz Paşayevə təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər. 
Tədbir çay süfrəsi arxasında təşkil edilmişdir.
Tədbirin sonunda təhsil işçilərinə hədiyyələr təqdim edildi.
Saat24.Az Esmira Hidayətova,Mingəçevir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top