"Bir az ağlını itirmişdi, öz aləmində biri idi" - Şərurda YANARAQ ÖLƏN kişinin qonşusu

Sadə xəbər
GÜNDƏM 11.03.2025 2730

Şərur rayonunda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Hadisə Şərur şəhərində fərdi yaşayış evində qeydə alınıb.

Baş verən yanğın nəticəsində 1942-ci il təvəllüdlü Əbülfəz Əliyev həyatını itirib.

Məlumata görə, Əbülfəz Əliyev həmin evdə tək yaşayırdı.

"Çox sakit adam idi, heç kimlə işi olmaz, heç kimlə danışmazdı. Bir az ağlını itirmişdi, öz aləmində biri idi", - deyə mərhumun qonşusu bildirib.

Ətraflı Baku TV-nin süjetində:

 

 

Şərurda fərdi yaşayış evində yanğın olub, 83 yaşlı kişi yanaraq ölüb.

Saat24.Az "Report"a istinadən xəbər verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində baş verib.

Baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əbülfəz Məmməd oğlu Əliyev yanaraq ölüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top