
"Film sahəsində başqa ölkələrdə 10 milyonlardan söhbət gedirsə, biz də bu rəqəmlərə uyğunlaşmalıyıq".
Saat24.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" ("Kino müzakirələri") adlı paneldə deyib.
O bildirib ki, bu məsələ sistemləşməlidir:
"Burada yalnız büdcə yox, həm də aktyor məsələsi var. İlk olaraq böyük layihələr həyata keçirmək çətindir. İl ərzində üç-beş film çəkmək olar".