
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələcək son komandalar bəlli olacaq.
Saat24.Az xəbər verir ki, İctimai TV kanalı "Lill" - "Borussiya Dortmund" görüşünü canlı yayımlayacaq.
"CBC Sport" TV-də isə "Atletiko Madrid" - "Real Madrid" oyununu izləmək mümkün olacaq.
Qeyd edək ki, artıq "Barselona", "İnter", "Bavariya" və PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Saat 21:45, "Lill" - "Borussiya Dortmund" (İctimai TV);
Saat 00:00, "Atletiko Madrid" - "Real Madrid" ("CBC Sport" TV).