"Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vurulub-Foto

Sadə xəbər
CƏMİYYƏT 12.03.2025 3763
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vurulub.
Bu barədə məlumatı Saat24.Az-a Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtogrul Burcəliyev məlumat verib.
 
Onun sözlərinə görə Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrının Birgül Yeşiloğlu Gülerin qələmə aldığı və rejissor Elşad Əhmədovun quruluş verdiyi "Qadınlar danışarsa" tamaşası "Ən yaxşı tamaşa" nominasiyası üzrə ikinci yer ilə təltif olunub. 
 
Həmçinin adı çəkilən tamaşada "Yuyucu qadın" obrazının ifaçısı, Xalq artisti Pərvanə Qurbanova layihənin "Ən yaxşı qadın aktrisa" nominasiyası və Azərbaycan Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Teatr Xadimlər İttifaqının "SƏNƏTKAR" medalı ilə təltif olunub - deyə Anar Ərtogrul Burcəliyev bildirib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top