Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

CƏMİYYƏT 15.05.2024 3713

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 19-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

"Saat24.az" xəbər verir ki, BŞİH mitinqin keçirilməsini məqbul saymayıb.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda, metronun 28 May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.

BŞİH göstərilənləri, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top