Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb

Sadə xəbər
idman 04.04.2024 2189

Futbol üzrə Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

"Saat24.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin yarımfinal mərhələsində 7 qolun vurulması ilə mümkün olub.

"Qarabağ" səfərdə "Neftçi"ni (4:0), "Zirə" isə evdə "Qəbələ"ni (2:1) məğlub edib.

Daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top