AFFA rəsmisi: Rza Cəfərov kimi gənc qapıçı Azərbaycan millisi üçün qazancdır

idman 18.03.2024 2207

Rza Cəfərov kimi gənc qapıçı milli komandamız üçün qazancdır.

Bunu "Saat24.az"a açıqlamasında yığmanın sabiq qapıçısı, hazırda AFFA-nın texniki direktoru olan Cahangir Həsənzadə deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinə dəvət alan "Neftçi"nin qapıçısının performansını yüksək dəyərləndirib: “Rza Cəfərov layiq olduğu yeri qazanıb. Yığmada ən azından yoxlamaq olar. Neçə vaxtdır ki, “Neftçi”nin əsas qapıçısı kimi çıxış edir və kifayət qədər etibarlı oyun sərgiləyir. Gənc yaşlarında böyük bir klubun "çərçivə qoruyucusu" olmaq o qədər də asan deyil. Fikrimcə, gənc qapıçı zamanla daha çox təcrübə qazanacaq. Hər matçda “Neftçi”yə daha çox kömək edəcək. Rzaya ümidlərimiz böyükdür. O, hələ inkişaf edir".

Qeyd edək ki, "Neftçi"nin 20 yaşlı qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət alıb. Rza Cəfərov təmsilçimizin Bakıda "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmalarına qarşı keçirəcəyi oyunlarda debüt edə bilər.

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top