Sadə xəbər
Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
"Saat24.az" xəbər verir ki, Nigeriya millisi Kameruna 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.
Qvineya yığması isə Ekvatorial Qvineyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə əldə edib.
1/8 finalın maraqlı görüşlərindən biri Misir və Konqo seçmələri arasında olub. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən oyun penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan Konqo yığması növbəti mərhələyə yüksəlib - 8:7.
Daha əvvəl Anqola seçməsi Namibiyaya 3:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.