İsrail mediası Yunan Kiprindəki Britaniya bazasından İsrailə hava körpüsü qurulduğunu yazıb.
"Saat24.az" xəbər verir ki, İngiltərənin "humanitar əməliyyat" adlandırdığı bazadan havaya qalxan yük təyyarələri gizli uçuşlarda sursat və silah daşıyır. İngiltərə bunu "humanitar əməliyyat" adlandırıb, lakin məlum oub ki, İsrailə silahlar həmin bazadan göndərilib.
İsrailin "Haaretz" qəzeti Yunan Kiprindəki Akrotur hava bazasından havaya qalxan yük təyyarələrinin gizli uçuşlarda sursat və silah daşıdığını açıqlayıb.
Qəzet Cənubi Kiprdən İsrailin Nevatim Hava Bazasına ən azı 60 Amerika və İngiltərə yük təyyarəsinin göndərildiyini yazıb.Hit siyahısına kamikadze dronları, Apaçi helikopterləri tərəfindən istifadə ediləcək Hellfire raketləri, zirehli maşınlar, Dəmir Qübbə sistemində istifadə edilən batareyalar və raketlər daxildir.
Haaretz-in məlumatına görə, 20 Britaniya və 40 Amerika olmaqla ən azı 60 nəqliyyat təyyarəsi İsrailin cənubundakı Nevatim Hava Bazasına və Tel-Əvivdəki Ben Qurion hava limanlarına hərbi maşın, silah və sursat atıb.
Silah və sursat əvvəlcə ABŞ-ın Avropadakı bazalarından Kiprə gətirilib, sonra isə İsrail ordusuna çatdırılıb. Daşımalarda mülki təyyarələrdən də istifadə edilib.Yunan Kiprində İngiltərənin iki bazası, bir dəniz və bir hava bazası və dinləmə imkanları var. Edvard Snoudenin 2013-cü ildə dərc etdiyi Wikileaks sənədlərində ABŞ ordusu və kəşfiyyat xidmətlərinin Britaniya bazalarından da istifadə etdiyi üzə çıxıb.