Sadə xəbər
Türkiyənin Eskişehir şəhərində yaşayan gənc oğlan sosial mediadakı paylaşımına görə həbs edilib.
"Saat24.az" xəbər verir ki, 22 yaşlı Yunus Esad sosial şəbəkədə paylaşdığı videoda dini dəyərləri və fələstinliləri təhqir edib.
Görüntülərdə "Mən də ərəb soyqırımını dəstəkləyirəm. Fələstinli başı kəsilmiş körpələrin kəllələri ilə futbol topu kimi istifadə etmək istəyirəm" ifadələri yer alıb. Bundan sonra Yunus polis tərəfindən saxlanılıb.
Digər tərəfdən, şübhəli Yunus Esad K.-nin hədə-qorxu, şantaj, odlu silah və bıçaq qanunlarının pozulması və şəxsi məlumatların qanunsuz ələ keçirilməsi daxil olmaqla 5 ayrı cinayət qeydinin olduğu müəyyən edilib.