
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb.
"Saat24.az" xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb.
Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.