Sadə xəbər
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb, lakin baş nazir Benyamin Netanyahu onu imzalamaqdan imtina edib.
"Saat24.az" xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Netanyahu bu qərarı ilə yüksək rütbəli zabitləri qəzəbləndirib. Netanyahunun imtinasının səbəblərindən biri də baş nazirin HƏMAS hücumundan sonra müxalifət nümayəndələri ilə birlikdə yaradılmış fövqəladə hökumət üzvlərinin əməliyyatı yekdilliklə təsdiqləmək istəyidir. Nəşrin müsahibə verdiyi analitiklər, həmçinin Netanyahunun şəxsiyyətinə ictimai etimadın azalması və uğursuzluqla bağlı ittihamlar səbəbindən planı müstəqil şəkildə təsdiqləmək qorxusuna diqqət çəkiblər.