Qəzza zolağında quru əməliyyatı üç ay davam edə bilər

Sadə xəbər
DÜNYA 23.10.2023 2959

İsrailin Qəzza zolağında quru əməliyyatı üç ay davam edə bilər.

"Saat24.az" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, İsrail HƏMAS qruplaşmasını məhv etməyə nail olarsa, bu əməliyyat sonuncu olacaq.

“Bu, Qəzza zolağında son (yer) manevr olmalıdır, ona görə ki, bu əməliyyatdan sonra HƏMAS olmayacaq. Bu, bir ay, iki ay, üç ay çəkəcək, amma sonda HƏMAS olmayacaq”,  - Yoav Qalant İsrail Hərbi Hava Qüvvələrinin Tel-Əvivdəki komandanlıq mərkəzində bildirib.

“Düşmən zirehli və piyada qoşunları ilə qarşılaşmazdan əvvəl hava qüvvələrinin bombaları ilə qarşılaşacaq”, - nazir əlavə edib.

Qeyd edək ki, oktyabrın 19-da İsrailin müdafiə naziri Qəzza zolağında quru əməliyyatına başlamaq əmrinin tezliklə veriləcəyini bildirib. "Bloomberg"in məlumatına görə, ABŞ və Avropa Birliyi 210 girovun azad edilməsi ilə bağlı HƏMAS ilə danışıqlara vaxt qazanmaq üçün İsrail hakimiyyətindən quru əməliyyatını təxirə salmağı istəyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top