
Çin avqustun 30-dan ölkəyə daxil olmamışdan əvvəl COVID-19 üçün PCR test tələbini dayandırır.
“Saat24.az” TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
"Avqustun 30-dan etibarən Çinə daxil olanların COVID-19 üçün ilkin PCR testindən və ya antigen testindən keçməsinə ehtiyac yoxdur", - deyə o bildirib.
Bundan əvvəl Çin hakimiyyəti ölkəyə daxil olarkən anti-COVID nəzarəti prosedurlarını sadələşdirmişdi. Aprelin 29-dan ölkəyə yola düşməzdən əvvəl 48 saat ərzində keçirilmiş antikor testinin nəticəsini təqdim etmək kifayət idi.