“Qarabağ”ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

Sadə xəbər
idman 01.08.2023 1750
Türkiyə “Konyaspor”unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Saat24.az" xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, Bosniya və Herseqovinadan olan qolkiper bu ölkənin “Əl-Halic” komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, “Konyaspor”da 2020-ci ilin yayından çıxış edirdi.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top