Sadə xəbər
"Vaqner" PMC-nin təsisçisi Yevgeni Priqojinin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.
"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlunat yayıb.
Bildirilir ki, o, Yevkurovdan Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Müdafiə Nazirliyinin rəhbəri Şoyqunu yanına gətirməyi tələb edir."Biz bura gəlmişik. Baş Qərargah rəisi Gerasimovu və nazir Şoyqunu tutmaq istəyirik. Onlar gedənə qədər biz buradayıq, Rostov şəhərini bağlayırıq və Moskvaya gedirik. Hər şeyi vuracağıq", - Priqojin bildirib.