Almaniya zəlzələlərdən zərər çəkən 9 minədək şəxsi qəbul edib

DÜNYA 08.04.2023 1259

Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib.

Saat24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş insanların bir çoxunun Almaniyada qohumları var. Biz çox operativ hərəkət etdik və humanitar yardım göstərdik", - o bildirib və əlavə edib ki, bu yardıma Almaniyada qohumlarının yanında 90 gün müvəqqəti qalma imkanı da daxildir.

Nazirin sözlərinə görə, bu məqsədlə indiyədək 7652 müvəqqəti yaşama vizası verilib. Onlardan 6500-dən çoxu əsasən Türkiyədəki zəlzələ zonasından olan insanlar üçün nəzərdə tutulub.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top