Bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

GÜNDƏM 26.12.2022 1535

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.

Mənbə: “Ria Novosti” “Telegram” kanalı

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top