“Azərbaycan Qəhrəmanları” layihəsi keçirilir

CƏMİYYƏT 20.12.2022 1365

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən keçirilən “Azərbaycan Qəhrəmanları” layihəsi çərçivəsində www.heroes.az veb-saytı hazırlanır.

Layihənin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan qəhrəmanlarının geniş ictimaiyyətə tanıdılması, kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb-saytını yaradaraq gənclərə təqdim etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək verməkdir.

Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları barəsində kifayət qədər zəngin məlumatları özündə əks etdirən www.heroes.az veb-saytı hazırda fəaliyyət göstərən www.milliqahramanlar.az sayt layihəsinin davamıdır. Saytda olan məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis dillərinə) təqdim olunacaq.

Saytın özəlliyi ondan ibarətdir ki, qəhrəmanlarımız haqqında məlumatlar vahid mənbədən rahat əldə ediləcək. Məsələn, bu gün doğum günü olan Vətən Müharibəsi Qəhrəmanı haqqında saytın ana səhifəsində əvvəlcədən məlumat əldə etmək mümkün olacaq.

Qeyd edək ki, sayt dekabr ayının sonu - yanvarın əvvəli tam olaraq istifadəyə veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top