Samir Şərifov: “Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla əlaqələr qurmamasını yüksək qiymətləndirik”

GÜNDƏM 18.12.2022 1649

Ölkəmiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana qarşı təcavüz törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin Zəngilan rayonuna səfəri zamanı Zəngilan Hava Limanında təşkil edilmiş tədbirdə qeyd edib.

O, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının respublikamıza qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, ölkəmizin şəhər və kəndlərini xarabalığa çevirmiş, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Onun sözlərinə görə, dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb.

“Lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz. Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur rayonları 28 ildən artıq qonşu Ermənistanın işğalı altında idi. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin köməyi ilə danışıqlar yolu ilə Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq üçün beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini faktiki olaraq dayandırdı. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı darmadağın edərək, onu təslim aktı imzalamağa məcbur etdi. Şanlı qələbə canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı və şücaəti sayəsində əldə edilmişdir. Azərbaycan öz qanuni hüquqlarını reallaşdırdı, tarixi torpaqlarının işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib.

Təyyarəmiz Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı gördüyü işlər çərçivəsində işğaldan azad edilmiş Azərbaycan torpaqlarında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanına enib. Prezident İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən dərhal sonra bütün dövlət orqanlarına tapşırıb ki, bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işlərinə başlansın. Prezidentin sərəncamı ilə “Böyük Qayıdış Proqramı”nın 1-ci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb”, - nazir əlavə edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top