Anası ilə mübahisə edən şəxs polisə çəngəllə xəsarət yetirdi

HADİSƏ 16.12.2022 1112

Abşeron Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməkdə təqsirləndirilən Ruslan Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Saat24.Az-ın etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, 2020-ci ildə T.Qasımova oğlu, 1992-ci il təvəllüdlü Ruslan Qasımov tərəfindən döyülməsi və ölümlə hədələməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Həmin gün saat 16 radələrində T.Qasımovadan ərizə və izahat almaq üçün Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Vaqif Qafarov (şərti) qadının yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlib. Bu zaman Ruslan mətbəxdən götürdüyü çəngəl və bıçaqla polis əməkdaşının üzərinə gəlib. Otağa doğru gəldiyini görən T.Qasımova oradan uzaqlaşıb. Vaqif Qafarov isə otağı tərk etməyə macal tapmayıb, qapını bir qədər örtüb əli və ayaqları ilə sıxıb saxlayıb. Ruslan otağa daxil ola bilməyəcəyini görüb, dəhlizlə irəliləyərək evdən çölə çıxıb.

Təqsirləndirilən şəxsin getdiyini görən polis kapitanı otaqdan çıxaraq onun arxasınca gedib. Daha sonra Ruslan sol əlində saxladığı çəngəllə zərərçəkmiş şəxsin üzərinə gələrək ona xəsarət yetirməyə çalışıb. Bu zaman polis özünü müdafiə etmək üçün qollarını yuxarı qaldırıb bir neçə addım geri çəkilib. Sonra o, Vaqif Qafarovun üzərinə yeriməkdə davam edib, sol əlində olan çəngəllə zərərçəkmiş şəxsin sağ qolundan vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Ruslan Qasımov hadisədən sonra ərazidən uzaqlaşıb.

O, həmin il işləmək və yaşamaq üçün təyyarə ilə Türkiyənin İstanbul şəhərinə gedib. 2022-ci ildə isə Türkiyədən qayıtdıqda hava limanında polis əməkdaşları Ruslanı saxlayıb, Abşeron Rayon Polis İdarəsinə gətiriblər.

T.Qasımova isə 7 aprel 2022-ci il tarixdə vəfat edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top