İrəvandan separatçılara ikinci zərbə: maşınları müsadirə olundu

Sadə xəbər
DÜNYA 18.07.2025 3557

Ermənistan hökuməti separatçıların son imkanlarını da əllərindən almağa başlayıb.

Saat24.az xəbər verir ki, İrəvanda separatçıların mənzilləndiyi qondarma “Qarabağ nümayəndəliyi”nin ləğv edilməsi və binanın müsadirəsi barədə məsələnin start götürməsi ilk mərhələ hesab olunur.

Dünən isə bu sıraya ikinci bir məsələ qoşulub. Belə ki, Ermənistanın Milli Gəlirlər Nazirliyi separatçıların Qarabağda olarkən istifadə etdiyi avtomobilləri d müsadirə etməyə başlayıb. “Hraparak”ın məlumatına görə, dünən qondarma “DİN”ə məxsus olan iki avtomobil müsadirə edilib. Digər separatçılara da xəbər göndərilib ki, Qarabağdan çıxardıqları maşın və texnikaları təhvil versinlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top