
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Saat24.Az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 ton 480 kiloqram olan, 1985 ədəd çətənə bitkisi toplanaraq yandırılmaqla məhv edilib.