Azərbaycan erməni terrorçuluğunun hədəfində

Sadə xəbər
SİYASƏT 09.04.2025 3496

"Ən genişmiqyaslı, sistematik, məqsədyönlü və ədalətli erməni qisasının alternativi olmamalıdır, çünki bu, yalnız bizim şərəfimiz deyil, həm də nəsillərimizin təhlükəsizliyi məsələsidir". Bu sözlər hər hansı bir bloqerə deyil, Ermənistanda akademik dairələrin tanınmış nümayəndəsi, şərqşünas Vardan Voskanyana məxsusdur.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

"Əgər bu sitat mücərrəd kimi görünsə də, daha sonra Voskanyan açıq təhdidlərə keçir. O, faktiki olaraq Azərbaycan vətəndaşlarına qarşı terror aktlarının törədilməsinə çağırır. Voskanyanın sözlərinə görə, belə hərəkətlər ədalətlidir, çünki Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq qaydaları pozub. Bir sözlə, uydurma "mənəvi qisas" pərdəsi altında azərbaycanlıların qətli üçün birbaşa çağırış edilir.

Vardan Voskanyanın Azərbaycan vətəndaşlarına qarşı zorakılıq aktlarına çağırışlarının ciddiliyini anlamaq üçün onun portretinə daha bir xarakterik cizgi əlavə edək. O, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi "Vətən" partiyasının üzvüdür. Məlum olduğu kimi, kəşfiyyatçıların və əks-kəşfiyyatçıların sabiqi olmur", - deyə süjetdə bildirilir.

Daha ətraflı "Caliber"in videomaterialında:

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top