Azərbaycan və Rusiya XİN başçıları hansı məsələləri müzakirə etdilər?

Sadə xəbər
SİYASƏT 12.04.2025 3323

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.

"Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik", - deyə nazir bildirib.

 

 

14:58

Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş keçirilir.

Oxu.Az bu barədə Rusiya mediasına istinadən məlumat verir.

Görüş Antalya diplomatik forumu çərçivəsində həyata keçirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top