Hakan Fidan "Baku TV"nin sualını cavablandırıb

Sadə xəbər
SİYASƏT 13.04.2025 3295
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlarda vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə "Baku TV"nin sualını cavablandırarkən deyib.

"Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə bu görüş yenidən təşkil olunacaq", - türkiyəli nazir bildirib.

Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top