
"Qrenlandiyalılar onları azadlıqdan məhrum edəcək təklifi heç vaxt qəbul etməyəcəklər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen DR telekanalının efirində deyib.
Siyasətçi adanın alınması ilə bağlı hər hansı danışıqları istisna edib. O, Vaşinqtonun narahatlığı ilə bağlı sualı cavablandırıb - ABŞ hesab edir ki, Pekin bu məqsədlər üçün Qrenlandiyaya böyük məbləğdə pul təklif edə bilər.
"Mən Qrenlandiya xalqının nə vaxtsa onların azadlığını əlindən alacaq bir təklifi qəbul edəcəyini qəti şəkildə inkar edirəm", - deyə Yens-Frederik Nilsen vurğulayıb.